Məzmuna keç

İstanbulda sexdə güclü yanğın baş verib

Türkiyənin İstanbul şəhərində plastik istehsalı sexində yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, 2 mərtəbəli sexdə qaynaq işləri görülərkən yanğın baş verib. Alov qısa müddətdə böyüyərək bütün sexi əhatə edib.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları göndərilib.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb.

Hadisə nəticəsində sex yararsız hala düşüb.

Şəbnəm Mehdizadə