Məzmuna keç

Nigeriyada ağır yol qəzasında 16 nəfər ölüb, 4 nəfər yaralanıb

Nigeriyanın Kaduna əyalətində sərnişin avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi Kaduna əyalətinin başçısı Kabir Nadabo məlumat verib.

O, bildirib ki, avtobus Kaduna-Kano şossesində xəndəyə düşüb.

Qəza nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar ətraf xəstəxanalara aparılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Nadabo, ölənlərin sayının artacağını istisna etmir.

Şəbnəm Mehdizadə