Türkiyənin Zonquldak şəhərinin Kilimli rayonunda mədənin çökməsi nəticəsində işçilər köməksiz vəziyyətdə qalıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə dərhal təcili tibbi yardım briqadası, xilasetmə qrupları və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb edilib.
Çökmə nəticəsində qapalı vəziyyətdə qalan 2 işçi təxminən 11 saat sonra xilas edilib.
Dərhal xəstəxanaya çatdırılan həmin şəxslərin vəziyyətinin yaxşı olduğu bildirilib.
Zonguldak valisi Osman Hacıbektaşoğlu da bölgəyə gedib.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
