Məzmuna keç

Sərnişin avtobusu qəzaya düşdü, yaralılar var

Türkiyənin Sivas şəhərində sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər xəsarət alıb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Sivasın Sivasın Zara-Suşehri yolunun Bozkır kəndi yaxınlığında sərnişin mikroavtobusu avtomobillə toqquşub. Qəza nəticəsində 16 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə