Məzmuna keç

ABŞ-da itkin düşən 23 xizəkçi tapılıb

ABŞ-da itkin düşən 23 xizəkçi tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xizəkçilər yanvarın 20-də xizək sürmək üçün Vermont ştatında dağlıq bölgəyə gediblər. Bir müddət sonra onlarla əlaqə itib.

Polis 6-sı uşaq olmaqla itkin düşən 23 nəfərin sağ-salamat tapıldığını bildirib.

Polis həmçinin şaxtalı hava şəraitində əhaliyə diqqətli olmağı və meşəlik əraziyə getməməyi tövsiyə edib.

Şəbnəm Mehdizadə