Ekvadorda silahlı xəstəxanaya hücum edən silahlı dəstə üzvləri saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Guayas əyalətinin Yaguachi qəsəbəsində yerləşən xəstəxanaya basqın edərək nəzarəti ələ keçirməyə cəhd edən 68 nəfər polis tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər polis bölməsinə aparılıb.
Polis əməliyyat zamanı çoxlu silah və narkotik maddə ələ keçirib.
Qeyd edək ki, Ekvador prezidenti Daniel Noboa ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.
Şəbnəm Mehdizadə
