Məzmuna keç

İranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğradı

Ukraynaya məxsus sərnişin təyyarəsi İranın İmam Xomeyni adına beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

E-huquq.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəzanı hava limanının rəhbəri təsdiq edib. Təyyarənin göyərtəsində 180 sərnişin olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Hadisə nəticəsində bütün sərnişinlər dünyasını dəyişib.