“ABŞ İrana hücum edəcəyi təqdirdə, İran Silahlı Qüvvələri coğrafi sərhədləri nəzərə almadan Vaşinqtonun maddi və qeyri-maddi hədəflərini vuracaq”.
E-huquq.az İran məbuatına istinadən xəbər verir ki, bu sözləri İran Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya söyləyib.
Əkrəminiya ABŞ-yə xəbərdarlıq edərək ölkənin regiondakı hərbi mövcudluğuna diqqət çəkib.
O bildirib ki, ABŞ-nin Cənub-Qərbi Asiya regionunda, eləcə də ondan kənarda hərbi bazaları və yerləşdirilmiş qüvvələri var.
İran Ordusunun nümayəndəsi çıxışında Hörmüz boğazının açılması məsələsinə də toxunub. O, boğazın yalnız İranın irəli sürdüyü şərtlər qəbul edildikdən sonra yenidən gəmiçilik üçün açılacağını bildirib.
Şəbnəm Mehdizadə
