ABŞ-ın İllinoys ştatında Romeo Nance adlı şəxs 2 gündə 9 nəfəri güllələyib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı hücum nəticəsində yaralanan 9 nəfərdən 8-i dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Romeo Nance Texas ştatında hüquq-mühafizə orqanları ilə qarşılaşarkən silahı özünə tərəf çevirərək intihar edib.
Şübhəli şəxsin qurbanlarını əvvəlcədən tanıdığı bildirilir.
Silahlı hücumun səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
