Məzmuna keç

Zaqatalada narkotik vasitələrin satışında təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Zaqatala narkotik vasitələrin qanunusuz dövriyyəsində təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Gəncə şəhər sakini Vidadi Məmmədov saxlanılarkən şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.O, ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib. Vidadi Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə