"Akabe” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Protokola hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Akabe" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
