Məzmuna keç

Türkiyədə gecə klubuna silahlı hücum olub, ölən və yaralılar var

Türkiyənin İstanbul şəhərində gecə klubuna silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, üzərlərində silah olduğuna görə içəri buraxılmayan bir qrup şəxslə gecə klubunun əməkdaşları arasında mübahisə yaşanıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Buradan uzaqlaşan şübhəli şəxslər bir müddət sonra geri qayıdıb və obyekti atəşə tutub.

Atışma nəticəsində 1 nəfər həyatını itirib, 2-si polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aaparılıb.

Hadisəni törədən şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Şəbnəm Mehdizadə