Cənubi Afrika Respublikasının ən böyük şəhəri Yohannesburqda onlarla insanın ölümünə səbəb olan yanğın törətməkdə təqsirli bilinən şəxs tutulub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Polis Xidmətləri Agentliyi məlumat verib.
Məlumata görə, 29 yaşlı şübhəli hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Şübhəli şəxs yanğının binanın zirzəmisində öldürdüyü şəxsin cəsədini yandırmaq istəyərkən başladığını etiraf edib.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında Yohannesburq şəhərində çoxmərtəbəli binada baş verən yanğın zamanı 76 nəfər həyatını itirib.
Şəbnəm Mehdizadə
