Məzmuna keç

“AL Market” cərimələnə bilər

"Al Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon məhkəməsinə göndərilib.

İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa "AL Market" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə