Məzmuna keç

“Telemexanika Zavodu” barəsində inzibati protokol tərtib olundu

"Telemexanika Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Aydan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, zavod inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə