Oğuzda məntəqədən oğurluq etməkdə təqsirləndirilən Əhliman Qocayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilib.
İş hakim Səadət Zeynalovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Əhliman Qocayev Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10 808 manat pulun oğurlamaqda təqsirləndirilir. Araşdırma zamanı onun bir ay ərzində beş dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
