Məzmuna keç

Türkiyənin 9 vilayətində İŞİD-ə qarşı əməliyyat, 28 nəfər saxlanılıb

Türkiyənin 9 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, Sakarya, Dənizli, Ankara, Adana, Düzce, Bursa, Qaziantep, İstanbul və Yalovada eyni vaxtda keçirilən “Qəhrəmanlar-46” əməliyyatlarında 28 şübhəli şəxs tutulub.

Əməliyyat zamanı külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.

"Əməliyyatlarda iştirak edən qəhrəman polislərimizi təbrik edirəm. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”, – deyə Yerlikaya qeyd edib.

Şəbnəm Mehdizadə