Məzmuna keç

Braziliyada sel nəticəsində 12 nəfər ölüb

Braziliyanın Rio de Janeiro şəhərində leysan yağışların səbəb olduğu sel nəticəsində son 1 həftədə 12 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin meri Marselo Krivella məlumat verib.

O, bəzi şəhərlərdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Mer ötən həftə fövqəladə vəziyyətin elan edildiyini xatırladıb.

Krivella magistral yolların və onlarla evin su altında qaldığını və humanitar yardımın bölgələrə çatdırılacağını bildirib.

Qeyd edək ki, Rio de Janeiroda son illərdə yağan güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində onlarla insan həyatını itirib.

Şəbnəm Mehdizadə