Türkiyənin Ağrı şəhərində sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbərə verir ki, qəza yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində yük maşınının sürücüsü və avtobusda olan 10 sərnişin xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Tutak Dövlət Xəstəxanasına aparılıb.
Onlardan 6-sı Ağrı Tədris və Araşdırma Xəstəxanasına, digərləri isə Patnos Dövlət Xəstəxanasına göndərilib.
Xəsarət alanların vəziyyətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
