Məzmuna keç

“Azərenerji” cərimələnə bilər

"Azərenerji" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsinə) və ya məhv edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola İmişli Rayon Məhkəməsində hakim Ülvi Qənbərovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

Şəbnəm Mehdizadə