Qubada silsilə oğurluqlar etməkdə təqsirləndirilən Rəşad Quliyev, Nadir Nadirli, Bəxtiyar Nərimanov və Röyal Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Quba Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunan 4 nəfər – Quba rayon sakini Rəşad Quliyev, Beyləqan rayon sakinləri Nadir Nadirli, Bəxtiyar Nərimanov və Gəncə şəhər sakini Röyal Hüseynov qabaqcadan əlbir olaraq rayon ərazisində olan evlərə girərək oradan 1350 manat pul, 100 ABŞ dolları və ümumi dəyəri 1110 manatdan çox edən qızıl-zinət əşyaları oğurlayıblar. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
