"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
