Məzmuna keç

Türkiyədə 21 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində 21 qanunsuz miqrant yaxalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ədirnə valiliyi məlumat yayıb.

Məlumata görə, Jandarma Komandanlığının əməkdaşları miqrant qaçaqçılığının qarşısını almaq məqsədilə Ədirnənin Meriç rayonunda yoxlamalar aparıb.

Yoxlamalar zamanı 21 qeyri-qanuni miqrantı saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə