Türkiyənin Eskişehir şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.
Qəza yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
