İraqın şimalında aşkarlanan 5 PKK terrorçusu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkitənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələri İraqın şimalının terrorçulardan təmizlənməsini fasiləsiz davam etdirir. Bölgədə bir terrorçu da qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", – deyə nazirliyinin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə
