Türkiyənin Adana şəhərində sosial mediada PKK terror təşkilatının təbliğatını apardığı iddia edilən 6 şübhəlinin məhkəmə prosesi keçirilib.
E-huquq.az "TRT Haber" istinadən xəbər verir ki, məhkəmə şübhəlilərdən 4-ü barəsində həbs qərarı çıxarıb.
Qərara əsasən, iki şübhəlinin təqsiri sübuta yetirilmədiyindən onlara bəraət verilib.
Həbs olunan şəxslər ittihamları rədd edərək, bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şəbnəm Mehdizadə
