Məzmuna keç

Dövlət Toxum Fondu şirkəti məhkəməyə verdi

"AIB Group" MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində Dövlət Toxum Fondu şirkətə qarşı alqı-satqı müqaviləsi ilə bağlı iddia qaldırıb.

İddia Şəki Kommersiya Məhkəməsində hakim Rüfət Məcidovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 29-na təyin olunub.

Şəbnəm Mehdizadə