Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, "Binəqədi Oyl Kompani" şirkətinin Azərbaycan Respublikasındakı filialı bələdiyyəyə qarşı torpaq münasibətləri üzrə tələb irəli sürüb.
İddia Bakı İnzibati Məhkəməsində hakim Aysev Almazovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Şəbnəm Mehdizadə
