Məzmuna keç

Mobil operator şirkətinin enerji bloklarını oğurlamaqda təqsirləndirilən dəstənin məhkəməsi başlayır

Yerli mobil operator şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə təqsirləndirilən Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Nəsimi Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib.

Hakim Kamil Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanov cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30.000 manata yaxın enerji bloklarını oğurlayıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, sözügedən enerji bloklarını satdıqlarını bildiriblar. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə