Məzmuna keç

Bakıda əmisini bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda əmisini öldürməkdə təqsirləndirilən Nəcməddin Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fərid Namazovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Nəcməddin Şahverdiyev münaqişə zəminində əmisi, 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə