Məzmuna keç

Bakı Dövlət Universiteti barəsində inzibati protokol tərtib olundu

"Bakı Dövlət Universiteti" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, univeristet barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə