Məzmuna keç

Türkiyədə güclü qara görə 18 yaşayış məntəqəsi ilə əlaqə kəsilib

Türkiyənin Ərzurum, Qars və İğdır vilayətlərində yağan güclü qara görə 18 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Ərzurumda 2, İğdırda 15, Qarsda isə 1 kəndin yolu bağlanıb.

Bələdiyyə əməkdaşları qarın təmizlənməsi və yolların açılması istiqamətində müavfiq tədbirlər görür.

Şəbnəm Mehdizadə