Məzmuna keç

Türkiyədə terrorçuların 28 hədəfi vurulub

Türkiyənin 7 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir Mardin, Bitlis, Şırnak, Batman, Siirt, Tunceli və Diyarbakır vilayətlərində keçirilən “Qəhrəmanlar-47” adlı əməliyyatlar çərçivəsində terror təşkilatına aid 28 hədəfin məhv edildiyini bildirib.

A.Yerlikaya, həmçinin çoxlu sayda silah-sursat və 159 kiloqram partlayıcı maddənin ələ keçirildiyini bildirib.

O, terror təşkilatının qış aylarında logistika məqsədləri üçün istifadə etmək məqsədilə hazırladığı sığınacaqların aşkar edilərək məhv edildiyini vurğulayıb.

"İlin 365 günü terror təşkilatlarına qarşı əməliyyatlar həyata keçiririk. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", – deyə Yerlikaya bildirib.

Şəbnəm Mehdizadə