Məzmuna keç

Kanar adalarına son 3 gündə mindən çox qanunsuz miqrant gəlib

Şimali Afrika sahillərindən İspaniyanın cənub-qərbindəki Kanar adalarına son 3 gün ərzində mindən çox qeyri-qanuni miqrant gəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kanar Adaları muxtar hökuməti, Sahil Mühafizə Təşkilatı və Qırmızı Xaç rəsmilərinin İspaniya mətbuatına verdiyi açıqlamalarda Kanar adaları qrupundan 11 qayıqla El Hierro, Tenerife və Böyük Kanaryaya mindən çox qeyri-qanuni immiqrantın gəldiyi qeyd edilib.

Məlumata görə, gələnlərin çoxu Mali, Seneqal, Mavritaniya, Qambiya, Kamerun, Fil Dişi Sahili və Qvineya Respublikası kimi Afrika ölkələrinin vətəndaşlarıdır.

Aralarında qadın və uşaqların da olduğu miqrantlardan 6-sı səfər əsnasında dünyasını dəyişib.

Qeyd edək ki, Kanar adalarına 2023-cü ildə rekord sayda 39 min 910 qanunsuz miqrant gəlib.

İlin əvvəlindən buraya gələn miqrantların sayı isə 5 mini keçib.

Şəbnəm Mehdizadə