Məzmuna keç

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Beyoğlu rayonunda baş verib.

Qəza nəticəsində avtobusda olan 7 sərnişin xəsarət alıb.

Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəza səbəbindən küçədə nəqliyyatın hərəkəti bir müddət dayandırılıb.

Qəzaya düşən avtobus çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə