Məzmuna keç

“ABŞ İranla müharibə və ya münaqişə istəmir”

Vaşinqton Tehranla müharibə və ya silahlı münaqişəyə can atmır.

E-huquq.az xəbər verir ki, bunu brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz İranla müharibəyə can atmırıq. Biz İran rejimi ilə silahlı münaqişə axtarışında deyilik", – deyə Kirbi bildirib.