Ötən il Türkiyədə 64-ü yüksək rütbəli olmaqla 923 terrorçu zərərsizləşdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
O bildirib ki, hesabat dövründə şəhərlərdə 3 min 911, kənd yerlərində isə 19 min 682 əməliyyat həyata keçirilib.
Nazir həmçinin qeyd edib ki, bu müddət ərzində 124-ü bombalı hücum olmaqla ümumilikdə 163 hücumun qarşısı alınıb.
Keçirilən əməliyyatlar zamanı 7 min 716 şübhəli saxlanılıb, onlardan 1555-i həbs edilib, 1 683-ü məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə
