Məzmuna keç

Küveytdə qəbiristanlıqlarda yeni qadağa

Küveyt hökuməti gigiyena qaydalarına görə paytaxtda yerləşən qəbiristanlıqlarda əl sıxmağı qadağan etməyi planlaşdırır.

E-huquq.az bu barədə Küveytin aparıcı qəzetlərindən biri olan “Al Ceride”yə istinadən xəbər verir.

Məlumata görə, Küveytin paytaxtında dəfn mərasimlərində əl sıxmaq qadağan ediləcək.

Küveytin Səhiyyə Nazirliyi qəbiristanlıqlarda yas tutan insanları başsağlığı verərkən əl sıxmağı dayandırmağa çağırıb.

Nazirliyin mövzu ilə bağlı verdiyi açıqlamada bu tövsiyənin epidemik xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün edildiyi vurğulanıb.

Şəbnəm Mehdizadə