Türkiyəin Şanlıurfa şəhərində boşanmaq ərəfəsində olan cütlüyün yaxınları arasında kütləvi dava olub.
E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, dava zamanı tərəflər biri-birilərinə daş, dəyənək və silahla hücum ediblər. Nəticədə 5 nəfər yaralanıb.
Hadisə yerinə jandarma və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Birecik Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
