Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
E-huquq.az xəbər verir ki, magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu ölüb.
Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
