İspaniyanın Valensiya şəhərində insan cəsədlərini oğurlayaraq satan cinayətkar təşkilatın üzvləri saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat İspaniya Polis İdarəsinin verdiyi açıqlamada yer alır.
Polisin keçirdiyi əməliyyat zamanı cəsədləri oğurlayıb satan 4 nəfər saxlanılıb.
Sözügedən cinayətkar təşkilatın üzvlərinin kimsəsiz, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyib, onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satdığı müəyyən edilib.
Şəbnəm Mehdizadə
