Məzmuna keç

Yunanıstana qaçmağa çalışan 5 terrorçu tutulub

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən FETÖ terror təşkilatının 5 üzvü yaxalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ədirnədə fəaliyyət göstərən sərhədçilərimiz ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 5 nəfəri yaxalayıb. Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib", – nazirliyin məlumatında bildirilir.

Şəbnəm Mehdizadə