Məzmuna keç

ABŞ FES uçot dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxladı

ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini dəyişməyərək 5,25-5,5% səviyyəsində saxlayıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qurumdan bildiriblər.

Məlumata əsasən, dördüncü dəfədir ki, FƏS baza dərəcəsinin dəyişdirilməməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, iqtisadi fəallıq nəzərəçarpacaq sürətlə artır. Eyni zamanda, inflyasiya hələ də yüksək səviyyədə qalsa da, azalır:

"Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Və o hesab edir ki, bu məqsədlərə çatanda risklər daha balanslı olur", – deyə bildirilib.