ABŞ-ın Aydaho ştatında yerləşən hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Boise şəhər rəhbərliyi məlumat yayıb.
Məlumata görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.
Boise Yanğın Departamentinin Əməliyyatlar rəisi Aaron Hummel mətbuat konfransında özəl şirkət tərəfindən tikilməkdə olan polad anqarın faciəvi şəkildə çökdüyünü bildirib.
Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.
Şəbnəm Mehdizadə
