Məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb

Yaponiyanın qərbində yerləşən İşikava əyalətində və Noto yarımadasının sahillərində baş verən zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 238-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatoru məlumat verib.

O, təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığını söyləyib.

İşikava qubernatoru Hase Hirose bütün əyalətdə yenidənqurma layihələrinin təşviq ediləcəyini söyləyib.

Hökumət yenidənqurma layihələri çərçivəsində ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcəyini açıqlayıb.

Xatırladaq ki, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 maqnitudada bir neçə zəlzələ baş verib.

Şəbnəm Mehdizadə