Türkiyənin Aydın şəhərində bələdiyyə işçiləri yaşayış evindən təxminən 3 maşın zibil çıxarıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sakinlər Aydının Nazilli rayonunda tək yaşayan qadının evindən gələn pis qoxulardan şikayətləniblər.
Bələdiyyə əməkdaşları həmin ünvana göndərilib və evdəki tullantıların çıxarılması üçün işlərə başlanılıb. Evdən xeyli miqdarda tullantı çıxarılıb. Təmizlik və dezinfeksiya işləri aparılıb.
Həmin mənzilin bələdiyyə əməkdaşları tərəfindən daha əvvəl 4 dəfə təmizləndiyi məlum olub.
Şəbnəm Mehdizadə
