Məzmuna keç

Türkiyədə 38 qanunsuz miqrant xilas edilib

Türkiyənin Çanaqqala şəhərində 38 qanunsuz miqrant xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının əməkdaşları Çanaqqalanın Ayvacık rayonu sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğunu müəyyən edib.

Qanunsuz miqrantlar bölgəyə istiqamətləndirilən sahil mühafizə gəmisi vasitəsilə xilas edilib.

Onların Əfqanıstan vətəndaşı olduqları müəyyən edilib.

Gəmidən endirilən əcnəbi vətəndaşlar Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.

Şəbnəm Mehdizadə