Məzmuna keç

Keniyada güclü partlayış nəticəsində 2 nəfər ölüb

Keniyanın paytaxtı Nayrobidə qaz doldurma məntəqəsində güclü partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 165 nəfər yaralanıb.

Partlayış baş verdikdən sonra məntəqədə yanğın başlayıb.

Yaralıların sayının artacağı istisna edilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə