Məzmuna keç

İraqın şimalında 4 terrorçu zərərsizləşdirilib

İraqın şimalında Asos bölgəsində 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Gücünü millətimizdən alan ordumuz İraqın şimalında terrorçuları təmizləməyə ara vermədən davam edir.

Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək" – nazirliyin məlumatında bildirilir.

Şəbnəm Mehdizadə