Məzmuna keç

Türkiyədə 6 fevral zəlzələləri ilə bağlı 3 minə yaxın şəxs barəsində cinayət işi açılıb

Türkiyədə 6 fevral zəlzələlərinin baş verdiyi bölgədə dağılan və ya tikinti normalarına zidd olaraq dəyişdirilən binalarla bağlı aparılan araşdırmalarda 2825 şübhəli haqqında cinayət işi başlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X” platformasındakı səhifəsində bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən 267-si barəsində həbs-qətimkan tədbiri seçilib.

“984-nün barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb"- deyə o əlavə edib.